İspaniyanın paytaxtı Madrid yaxınlığındakı Castrillo de Duero bölgəsində şərab zavoduna gecəyarısı hücum olub. 

"Unikal" xəbər verir ki,  gecə saatlarında maskalı naməlum şəxs ölkənin ən çox satılan şərab markalarından "Malabrigo" və "Horcajo"nun istehsal edildiyi müəssisəyə daxil olaraq poladdan hazırlanmış nəhəng çənlərin qapaqlarını bir-bir açıb.  

5 dəqiqə ərzində təxminən 60 min litr şərab tökülərkən, səlahiyyətlilər bu hücumun dəyərinin 2,5 milyon avro olduğunu açıqlayıb. Səlahiyyətlilər hər şüşə şərabın 90 avroya satıla biləcəyini də bəyan ediblər. 

İspan mediası hadisənin təxribat hücumu ola biləcəyini yazsa da, hücumçunun məqsədinin qisas ola biləcəyinə də diqqət çəkib.

Gülayə Mecid