"Düşünürəm ki, dollar bu il üçün hazırkı səviyyədə qalacaq. Amma dünyada baş verən siyasi, iqtisadi proseslər gec-tez dolların müəyyən qədər bahalaşmasına səbəb olacaq".
Bunu "Unikal"a açıqlamasında deputat Vahid Əhmədov deyib. O bildirib ki, hazırda neftin qiyməti yüksəkdir və ehtiyatlarımız var:
"Əlbəttə, hərraclarda dollar alışı kifayət qədər çoxalıb. Bu ola bilər ki, malların alqı-satqısının dollarla olması ilə bağlıdır. Ona görə ki, Azərbaycana idxal kifayət qədər artıb. Buna baxmayaraq, 2024-cü ildə dolların bahalaşmasını gözləmirəm".
Anar Kəlbiyev