Braziliya Liqasında "Sport Recife" - "Fortaleza" matçından sonra azarkeşlər Fortaleza komandasının avtobusuna bombalı hücum təşkil ediblər. Hücum nəticəsində 6 futbolçu yaralanıb.
"Unikal"
xəbər verir ki, Braziliyanın Nordeste Kubokunda 1:1 hesablı heç-heçə ilə bitən "Sport Recife" - "Fortaleza" matçından sonra Fortaleza komandasının avtobusuna bombalı hücum olub.

Braziliya mətbuatında yer alan xəbərə görə, hücumda azarkeşlərin komanda avtobusuna daş və bomba atdığı, 6 futbolçunun isə xəstəxanaya yerləşdirildiyi bildirilib.

Fortaleza komandasından faydalanan futbolçuların Titi, Britez, Joao Ricardo, Sasha, Dudu və Escobar olduğu ortaya çıxsa da, klubun baş direktoru Marselo Paz, prezident Aleks Santiaqo və idarə heyəti üzvləri xəstəxanaya idmançıları müşayiət edib. Komandanın yerdə qalan futbolçuları otelə qayıdıblar.