Çində zəncirvari yol qəzası baş verib.
"Unikal" xəbər verir ki, Çinin Suçjou şəhərində magistral yolda buz bağlaması nəticəsində 100-dən çox avtomobil bir-birinə çırpılıb. Polis qəza nəticəsində 6-sı yüngül olmaqla 9 nəfərin yaralandığını bildirib.
Avtomobilin yol polisi əməkdaşını vurduğu anlar da lentə alınıb.
Zərifə Nağıyeva