Bu gün səhər saatlarında köhnə Bakı-Astara magistralının Biləsuvar rayonundan keçən hissəsində yol qəzası baş verib.
"Unikal" xəbər verir ki, Biləsuvar rayon sakini, 1965-ci il təvəllüdlü Əbişov Vəkilağa Əhmədağa oğlu idarə etdiyi “Opel” markalı minik avtomobilinin idarəetməsini itirərək aşırıb.
Qəzada sürücü və 4 şərnişini müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.