Türkiyədə daha bir mədən faciəsi baş verib.
"Unikal" xəbər verir ki, hadisə Elazığın Alacakaya rayonunda baş verib.
İlkin məlumata görə, 3 nəfər uçqun altında qalıb. Hadisə yerinə səhiyyə və təhlükəsizlik qüvvələri cəlb olunub.
Qeyd edək ki, fevralın 13-də Ərzincan şəhərindəki qızıl mədənində torpaq sürüşməsi nəticəsində 9 işçi torpaq altında qalıb. Onların ölüsü və ya dirisi hələ tapılmayıb. Bu gün uçqun altında qalanların yenidən axtarışlarına başlanılıb.
Ağarza Elçinoğlu