ABŞ-də gecə klubları və kazinoları ilə məşhur olan Las-Veqasın altındakı labirintlərdə yaşayan 2000 nəfərin gizli həyatı üzə çıxıb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, təxminən 320 kilometr uzunluğunda olan tunellərdə yaşayan və özlərini "Köstəbək Adamlar" adlandıran insanların bəzilərinin psixi cəhətdən qeyri-sabit, bəzilərinin isə narkotik aludəçisi olduğu öyrənilib.

İnsanlar sel ehtimalına baxmayaraq, yerin altında yaşamağa vərdiş etdiklərini bildiriblər.