Almaniya Baltik dənizi üzərində NATO hava məkanını qorumaq üçün Latviyaya beş “Eurofighter” qırıcısı yerləşdirir.

"Unikal" xəbər verir ki, bu barədə DPA agentliyi Almaniya Hərbi Hava Qüvvələrinin nümayəndəsinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, qırıcılar Noyburq-an-der-Donau şəhərindən havaya qalxıb və Riqanın cənub-şərqindəki Lielvarde hərbi aerodromuna çatmalıdır.

Onlar martın əvvəlindən noyabrın sonuna kimi Estoniya, Latviya və Litva üzərində NATO hava məkanını qoruyacaq.