Alimlər Antarktika materikində ilk dəfə olaraq quş qripinin (H5N1) aşkar edildiyini açıqlayıblar.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Argentinanın Antarktika elmi-tədqiqat stansiyası Primavera Base-nin alimləri iki ölü qütb qağayısını tədqiq ediblər. Bununla da elm adamları Antarktika materikində ilk quş qripindən ölüm halını qeyd ediblər. Antarktika Tədqiqatları üzrə Elmi Komitə, materikdəki Hope körfəzində də H5N1 virusu kimi  şübhəli bəzi halların tapıldığın bildiriblər.

Zərifə Nağıyeva