Dörd aydır davam edən İsrail-HƏMAS arasındakı müharibədə Qəzza zolağı aclıqdan əziyyət çəkir. İsrail ordusu tərəfindən humanitar yardımların ölkəyə daxil olmasına mane olduğu Qəzza zolağının şimalında körpələrin aclıqdan öldüyünü açıqlanıb.
"Unikal" xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, qida çatışmazlığı səbəbiylə həyati təhlükəsi olan çox sayda körpənin Beyt Lahiyadakı Kemal Advan Xəstəxanasına gətirilib. Məlumatda Qəzzada minlərlə uşaq və hamilə qadının aclıq və susuzluğun ölümünə səbəb olduğu ifadə edilərək, Kemal Advan Xəstəxanasında qida çatışmazlığı və susuzluq səbəbiylə iki körpənin həyatını itirdiyi qeyd edilib.
Zərifə Nağıyeva