SSRİ-nin keçmiş Baş naziri, keçmiş senator Nikolay Rıjkovun dəfn mərasimi martın 1-də Troyekurovski qəbiristanlığında olacaq. 

"Unikal" xarici mediaya istinadən xəbər verir ki, bu barədə Rusiya Kommunist Partiyasının lideri Gennadi Züqanovun və Dövlət Dumasında kommunist fraksiyasının mətbuat katibi Aleksandr Yuşşenko bildirib.

"Nikolay İvanoviç Rıjkovun dəfn mərasimi martın 1-də baş tutacaq. Vida və dəfn mərasimi Xilaskar Məsih Katedralında keçiriləcək. Dəfn Troyekurovski qəbiristanlığında planlaşdırılıb", -  deyə Yuşşenko bildirib.

*** 10:36

SSRİ-nin sonuncu Baş naziri, sabiq senator Nikolay Rıjkov vəfat edib.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko bildirib.

Rijkov Ermənistanın erməni əsilli olmayan yeganə milli qəhrəmanı idi. O, 1988-ci ildə Spitakda baş verən dağıdıcı zəlzələnin nəticələrinin aradan qaldırılmasında böyük işlər görüb.