Bakıda fərdi yaşayış evində baş verən yanğının təfərrüatları məlum olub.
"Unikal" apa-ya istinadən xəbər verir ki, hadisə qəsdən törədilib.
Yaxınlarının bildirdiyinə görə, 1971-ci il təvəllüdlü Əkbərov Eyvaz Həsən oğlu yaşadığı evi yandırıb.
Səbəb isə onun həyat yoldaşı ilə mübahisə etməsi olub.
Nəticədə E.Əkbərov evdə yanaraq ölüb.
*** 15:38
Bakının Sabunçu rayonunda ölümlə nəticələnən yanğın olub.
Bu barədə "Unikal"a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, ümumi sahəsi 150 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Bitişik evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.