İsveçrə alimləri təbii fəlakətlərdən qlobal iqtisadiyyata illik itkilərin ən azı 200 milyard dollar olduğunu hesablayıblar.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, tədqiqatçılar Avropada dörd hava hadisəsinin məlumatlarını təhlil ediblər. Bunlara daşqınlar, tropik siklonlar, ildırım fırtınaları və qış fırtınaları daxildir.

Modelləşdirilmiş hesablamalara görə, ən böyük zərər, ÜDM-in 3%-i Filippin iqtisadiyyatına dəyir. ÜDM-in 0,38%-ni təşkil edən itkilərə görə ikinci yer ABŞ-yə məxsusdur. Onların ardınca Tailand, Avstriya və Çin yer alıb. Bildirilir ki, ABŞ fəlakətlərdən təxminən 97 milyard dollar itirib. 

Gülayə Mecid