"Cənubi Qafqazın təhlükəsizliyi və inkişafı Aİ üçün çox vacibdir, buna görə də Avropa İttifaqı iki ölkə arasında uzunmüddətli münaqişənin həlli üçün Ermənistan və Azərbaycana dəstəyini ifadə edir". 

"Unikal" xəbər verir ki, bu barədə Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar Antalyada keçirilən diplomatik forum zamanı bildirib.

"Sülh müharibənin olmaması deyil, bu, böyük və təfərrüatlı bir razılaşmadır və bütün ölkələr üçün uzunmüddətli və güclü əlaqələr qurmaq üçün əsas olmalıdır. Aİ uzunmüddətli perspektivlə Cənubi Qafqazın sabitliyi və təhlükəsizliyində iştirak edir. Sülh Ermənistan və Azərbaycan arasında sərhədlərin açılmasını, o cümlədən Azərbaycanın əsas hissəsinin Naxçıvana birləşdirilməsini əhatə etməli və təmin etməlidir”, - diplomat qeyd edib.

O, Türkiyənin roluna toxunaraq qeyd edib ki, bu ölkə həqiqətən də Cənubi Qafqazda sülhün bərqərar olmasında maraqlıdır. “Türkiyə regionun aparıcı ölkəsi kimi Ermənistan və Azərbaycan arasında maraq göstərir. Bu üç ölkə regionun inkişafına töhfə verə bilər”.

Gülayə Mecid