İordaniya ordusu Qəzza zolağının şimalına havadan ərzaq yardımı atıb. 

"Unikal" xəbər verir ki, ölkə mətbuatı yardım üçün 3 təyyarənin göndərildiyini açıqlayıb.

Qeyd olunub ki, İsrailin Qəzza zolağına intensiv hücumları hələ də davam etdiyi üçün yardımları yalnız bu şəkildə çatdırmaq mümkün olub. 

Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula von der Leyen İsrailin dünən Qəzzada yardım gözləyən fələstinlilərə hücumu ilə bağlı araşdırma aparılmasını istəyib və humanitar yardımlara çıxışın təmin edilməsinin lazım olduğunu bildirib.

Onu da bildirək ki, BMT Qəzzada insanların aclıqla üzləşdiyi barədə xəbərdarlıq edib. Artıq aclıqdan ölüm hallarının qeydə alındığı deyilir. 

Ağarza Elçinoğlu