Gəncədə piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.
"Unikal"ın məlumatına görə, hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən şəhər sakini 1967-ci il təvəllüdlü M.Məmmədovu vurub.
57 yaşlı kişi xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.