Ermənistan hökuməti Rusiya ilə münasibətləri açıq-aşkar şəkildə kəsir.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsi sədrinin birinci müavini Konstantin Zatulin bildirib.

"Ermənistan hökuməti Rusiya ilə əlaqələri nümayişkaranə şəkildə kəsir, səbəb axtarır, bir addım digərinin ardınca gedir, bu, onların siyasətinə uyğundur. Düşünürəm ki, məsələ "Zvartnots"la məhdudlaşmayacaq. İndi nə deyirlərsə desinlər, yavaş-yavaş bizim xəbərdarlıq etdiyimizi, yəni KTMT-dən çıxmağı həyata keçirirlər, sonra da Gümrüdən 102-ci bazanın çıxması məsələsini qaldıracaqlar", - rusiyalı deputat vurğulayıb.

Xatırladaq ki, dünən Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib ki, İrəvan Moskvaya rəsmi məktubla "Zvartnots" beynəlxalq hava limanında Rusiya sərhədçiləri olmadan müstəqil şəkildə sərhəd nəzarəti həyata keçirmək niyyəti barədə məlumat verib.

Ağarza Elçinoğlu