Türkiyə xarici işlər naziri Hakan Fidan Vaşinqtonda ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivanla Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edib.
"Unikal" xəbər verir ki, tərəflər iki ölkə arasındakı münasibətlərdə əldə olunacaq irəliləyişin Cənubi Qafqaz üçün həlledici olacağını vurğulayıb.
Bundan əlavə, görüş zamanı Qəzzada vəziyyət və Rusiya-Ukrayna müharibəsi də müzakirə edilib.