Mingəçevirdə 5 nəfərin iştirakı ilə kütləvi dava olub, xəsarət alanlar var.
"Unikal"ın məlumatına görə, hadisə Səməd Vurğun meydanı ərazisində baş verib. Mübahisə və münaqişə nəticəsində 5 nəfər arasında baş verən əlbəyaxa dava zamanı 1994-cü il təvəllüdlü Ucal Əhmədəliyev və 1991-ci il təvəllüdlü Nicat Əsədov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan sorğumuza cavab olaraq bildirilib ki, sözügedən hadisə ilə bağlı Mingəçevir Şəhər Polis Şöbəsində təhqiqat araşdırmaları aparılır və əməli törədən şəxslər müəyyən olunaraq izahatları alınıb.
Ehtiram Muradov