Tanzaniyanın Zənzibar şəhərinin yaxınlığındakı Pemba adasında dəniz tısbağası zəhərlənməsi nəticəsində 1 nəfər böyük və 8 uşaq ölüb, 78 nəfər isə xəstəxanaya aparılıb.

"Unikal" xəbər verir ki, bu barədə "Associated Press" yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Laboratoriya müayinələri nəticəsində ölümlərə tısbağa ətinin səbəb olduğu müəyyən edilib. Səlahiyyətlilər insanları tısbağa yeməkdən çəkinməyə çağırıb.

*** 22:08

Tanzaniyanın Pemba adasında dəniz tısbağasının ətini yedikdən sonra 8 uşaq ölüb, 78 nəfər isə zəhərlənmə diaqnozu ilə xəstəxanalara aparılıb.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, tibbi müayinə nəticəsində uşaqların dəniz tısbağasının ətindən zəhərlənərək öldükləri təsdiqlənib.

Zəhərlənənlər qorxduqları üçün xəstəxanalara gec müraciət ediblər. Hadisə ilə bağlı araşdırmalar davam edir.

Bu, ilk belə hadisə deyil. 2023-cü ilin mart ayında Tanzaniyanın Hind okeanındakı Mafiya adasında dəniz tısbağası əti yeyən yeddi nəfər ölmüşdü.