Novruz yeni gün, yenilənmə deməkdir. Simvolik olaraq hazırkı dövrdə Qazaxıstanla Azərbaycan arasında və bütün Türk dünyasında yenilənmə, dirçəliş prosesləri gedir, biz əməkdaşlığımızın yeni dövrünə qədəm qoymuşuq.
"Unikal" xəbər verir ki, bunu Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana dövlət səfərindən öncə “Azərbaycan” qəzetinə müsahibəsində deyib.
"Qardaş Azərbaycan xalqına bu bayramda xoşbəxtlik və gələcəkdə çiçəklənmə arzulayıram. Novruz bayramınız mübarək!", - Qazaxıstan Prezidenti deyib.