Bakı şəhər Nəsimi rayonu ərazisində yeniyetmə qızın ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.
"Unikal" qafqazinfo-ya istinadən xəbər verir ki, Akademik Feyzulla Qasımzadə küçəsi, bina 25 ünvanında yerləşən “Gözəl Bakı” yaşayış kompleksində 2010-cu il təvəllüdlü Şeyla S. (şərti adlı) 12-ci mərtəbədə yaşadığı mənzilin eyvanından yıxılıb.
14 yaşlı qız hadisə yerində dünyasını dəyişib.
Hadisənin ehtiyatsızlıq səbəbindən baş verdiyi bildirilir.
Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.