İnsanlar var olduqca müxtəlif talelərlə qarşılaşmaq da normaldır. Onlardan bəziləri qorxunc, bəziləri maraqlı, bəziləri isə hətta elmə töhfə vermiş ola bilər. 

"Unikal" psixologiya elmində marağa səbəb olmuş bir qadının hekayəsini təqdim edir: 

30 yaşlı alman evdar qadın Emma Hauk normal həyat sürürdü - o, ərini sevirdi, uşaqları böyüdüb, ev işləri ilə məşğul olurdu. Emmanın əri Maykl Hauk sadə bir məktəb müəllimi olub.

Lakin 1909-cu ildə Emma əsəb böhranı keçirir və şüuru qarışmağa başlayır. 

O iddia edirdi ki, əri və uşaqları onu öldürmək üçün qorxulu virusa yoluxdurublar.

Həyat yoldaşı Emmanı qonşuluqdakı Heydelberq şəhərinə aparır və orada psixiatriya xəstəxanasına yerləşdirir. Bir ay xəstəxanada qalan Emma həkimlərin bütün tövsiyələrinə səylə əməl edir və tezliklə sağalmağa başlayır.

Bir ay sonra o, evə buraxılır və sevimli ailəsinin yanına gedir. Ancaq çox keçmədən Emmada yenidən həmin şübhələr yaranır və o, yenidən xəstəxanaya göndərilir. 
Həkimlər Emmanın bu qəribə xəstəliyini araşdırmağa başlayırlar və ona demans diaqnozu qoyulur (indiki dövrdə diaqnoz: şizofreniya).

История жизни Эммы Хаук и ее письма-2

Bu dəfə müalicə Emmaya kömək etmir və həkimlər Emmanı xəstəxanada ömürlük saxlamaq qərarına gəlirlər.  Emma ömrünün qalan 11 ilini sağalmaz xəstələrin olduğu Vislohda keçirir. 
O, bu xəbəri kifayət qədər sakit qəbul edir və ona yalnız kağız vemələrini xahiş edir.

Bir neçə ay ərzində o, ərinə bir cümlədən ibarət çoxlu məktublar yazır: “Herzensschatzi komm” (Sevgilim, gəl). Bəzən mesajlar daha lakonik olub, üst-üstə düzülmüş “komm, komm” (gəl, gəl) sözlərindən ibarət olurdu.

Qəribədir ki, Emma heç vaxt ərinə məktub göndərməyi və ya çatdırmağı xahiş etməyib və hətta onunla görüşməyi belə istəməyib. 

Uzun müddət üst-üstə yazılmış məktublarda nə yazıldığı məlum olmasa da, sirr ortaya çıxdıqdan sonra alman psixiatrı Hans Prinzorn həmin məktubları şəxsi kolleksiyasına daxil edir.

Onları ruhi xəstələrin yaradıcılığının bariz nümunəsi kimi nümayiş etdirir.

Кадр из фильма "В отсутствие" (2000)

Bəzi məktublar müntəzəm olaraq beynəlxalq sərgilərdə nümayiş olunur. 2000-ci ildə britaniyalı rejissorlar Qui qardaşları Emma Haukun hekayəsindən ilhamlanaraq qısametrajlı “In Absentia” filmini çəkirlər. Filmin musiqisini məşhur alman avanqard bəstəkarı Karlhaynts Stokhauzen yazıb.

Emmanın ərinin və uşaqlarının sonrakı taleyi naməlumdur. 

Nuranə Abbasova