“Ermənistan Respublikası Azərbaycanın, Qarabağ da daxil olmaqla ərazi bütövlüyünü tam olaraq tanıyır".
"Unikal" xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan Ermənistan KİV-nə müsahibəsində deyib.
"Biz bu barədə artıq 8 dəfə demişik. Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq”, - deyə Simonyan qeyd edib.