Bakıda təndirxanada yanğın baş verib.
FHN -dən "Unikal"a verilən xəbərə görə, Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 12 m² olan təndirxananın tavanı 1 m² sahədə, 2 m² sahədə piştaxta, 1 ədəd plastikdən ibarət pəncərə çərçivəsi və həcmi 25 litr olan 1 ədəd qaz balonunun başlıq hissəsi yanıb. Təndirxananın qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.