Bildiyimiz kimi, 11 ayın sultanı Ramazan ayı başlayıb. Ramazan ayında ən vacib ibadətlərdən biri olan orucun insan sağlamlığına bir çox müsbət təsirləri var.

"Unikal" orucun insan sağlamlığına olan təsirlərini təqdim edir:

Ən çətini ilk günlərdir:

İnsan orqanizmi son yeməkdən 8 saat sonra oruc tutduğunu anlaya bilir. Yəni bağırsaqlar son yeməkdə qəbul edilən bütün qidaları tam həzm etdikdən sonra orqanizm oruc tutduğunu hiss etməyə başlayır. Sonrakı mərhələdə bədən enerji ehtiyacını ödəmək üçün qaraciyərdə və əzələlərdə qlükozaya çevrilir. Qlükoza istehlak etdiyiniz zaman növbəti enerji mənbəyi bədəndəki yağ olur.

İlk bir həftədə su içməkdə diqqətli olun

Oruc tutmağa öyrəşmiş orqanizminiz yağları yeyərək qan şəkərinə çevirir. Sahur və iftar vaxtları arasında su qəbulu azaldığı üçün bədəndə tərləmə sürətlənir və maye itkisi artır. İftar və sahurda yeməklərdə lazımi miqdarda karbohidrat və bəzi yağlardan istifadə etmək enerji istehsalı üçün vacibdir.

15 gün ərzində imunitet oruca öyrəşir 

Bədəninizin artıq 3-cü mərhələyə qədəm qoyduğu bu dövrdə bədən demək olar ki, tamamilə oruc tutmağa uyğunlaşır. 

16-cı gündən 30-cu günə: detoks müddəti

Ramazan ayının ikinci yarısında yoğun bağırsaq, böyrəklər və dəri toksinlərdən təmizlənməyə başlayır. Mütəxəssislər qeyd edib ki, bu dövrdə orqanlar maksimum gücünə qayıdır, yaddaş və konsentrasiya yenidən güclənir, enerji artır. 

Oruc tutmaq sağlamlıq üçün faydalıdırmı?

Mütəxəssislərin fikrincə, oruc tutmaq sağlamlıq üçün faydalıdır. Çünki diqqətimizi nəyə və nə vaxt yediyimizə diqqət yetirməyə imkan verir, lakin biz müddəti bir ay uzatmağı və davamlı oruc tutmağı məsləhət deyil. Orucun uzadılması uzun müddət ərzində yağların enerjiyə çevrilməsinin qarşısını alır və bədən enerji mənbəyi olaraq əzələlərinizə yönəlir. "Aclıq rejimi"nə keçdikdə, uzun müddət ərzində arıqlamaq çətinləşir və sağlamlığa mənfi təsir edir.

Zərifə Nağıyeva