"Roma Papası Fransiski Ukraynada sülh çağırışına görə tənqid edən Ukrayna prezidenti Volodimir Zelenski məğlub olmuş təlxək kimi görünür".

"Unikal" xəbər verir ki, bunu Venesuela rəhbəri Nikolas Maduro “Venezolana de Television” kanalının efirində deyib. 

O, Ukrayna prezidentini Venesuelanın keçmiş müxalifət lideri Xuan Quaydo ilə müqayisə edərək, onların hər ikisinin öz xalqına zərər vurduğunu vurğulayıb. “Zelenski pis danışmağa, Papanı təhqir etməyə başlayır... o, mənə Quaido qədər kobud və məğlub olan təlxək kimi görünür”, - Maduro bildirib.

Dövlət başçısı pontifkin mövqeyini dəstəkləyərək, Venesuelanın Ukraynadakı münaqişə ilə bağlı dinc danışıqların vaxtının yetişdiyi ilə razılaşdığını bildirib.

Gülayə Mecid