Astara Pedaqoji Kollecində keçirilən yoxlama aparılıb.

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən "Unikal"a verilən məlumata görə, Kollecdə tədrisin təşkili ilə bağlı çoxsaylı nöqsanlar aşkar edilib və bu nöqsanların aradan qaldırılması üçün kadr və struktur islahatlarına başlanılıb.

Sözügedən islahatların davamı olaraq Kollecin tədris işləri üzrə direktor müavini Yusif Şahnamazov Agentliyin 29 fevral 2024-cü il tarixli əmri ilə tutduğu vəzifədən azad edilib və Kollecin coğrafiya müəllimi Əsgərzadə Aynur Aydın qızı tədris işləri üzrə direktor müavini vəzifəsinə təyin olunub.