Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubovla görüşüb.

"Unikal" xəbər verir ki, bu barədə "Rustavi2" telekanalı məlumat yayıb. 

Tərəflər Gürcüstan və Azərbaycan arasında əməkdaşlıq məsələlərini müzakirə ediblər. Görüşdə regionda sabitliyin və uzunmüddətli sülhün vacibliyi vurğulanıb. 

Söhbət zamanı ölkələr arasında möhkəm strateji tərəfdaşlıq və regional layihələrə toxunulub.

Hökumət başçısı Gürcüstanın suverenliyinə və ərazi bütövlüyünə sarsılmaz dəstəyə görə Azərbaycana təşəkkür edib. Bundan əlavə, Gürcüstanın Azərbaycan Respublikasının ərazi bütövlüyünə güclü dəstəyi qeyd edilib.

***16:01

Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi Ramil Usubov Gürcüstanda səfərdədir.

"Unikal" xəbər verir ki, məlumatı Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) yayıb.

Bildirilib ki, Ramil Usubov Tbilisiyə səfəri çərçivəsində Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri ilə görüşüb. Məlumata görə, tərəflər iki ölkənin aidiyyəti orqanları arasında təhlükəsizlk sahəsində əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini vurğulayıblar.

Söhbət zamanı həmçinin regionda cari hadisələr və təhlükəsizlik sahəsindəki məsələlərə də toxunulub.