İmişli rayon sakini Qurbanov İlqar Seymur oğlunun paylaşdığı videoda sol qolunun amputasiyası olduğu halda guya ona ürək xəstəliyi ilə bağlı əlillik təyin edildiyi barədə söylədikləri əsassızdır.

"Unikal" xəbər verir ki, bunu Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tural Qurbanov açıqlamasında deyib. 

"İlqar Qurbanova “sol bazunun yuxarı 1/3-dən travmatik amputasiyası” diaqnozuna uyğun olaraq əlillik təyinatı aparılıb.

Ona orqanizm funksiyalarının 80% pozulmasına görə, yəni 2-ci dərəcə müddətsiz (ömürlük) əlillik təyin edilib.

Həmin əlillik dərəcəsi üzrə də İlqar Qurbanova e-sistem üzərindən proaktiv qaydada aylıq sosial ödənişlərin təyinatı aparılıb", - deyə qurum rəsmisi qeyd edib.