Bakıda sevgilisi ilə birlikdə həyat yoldaşını döyən tanınmış həkim-onkoloq İbrahim Əsədli işdən çıxarılıb.
"Unikal" xəbər verir ki, İbrahim Əsədli "Loğmed" klinikasında işləyirdi.
Xatırladaq ki, bir müddət əvvəl "Loğmed" klinikasının həyətində İbrahim Əsədli və həyat yoldaşı Aynur Əsədli arasında mübahisə yaşanıb. Daha sonra İ.Əsədli qeyri-rəsmi münasibətdə olduğu Aynur adlı qadınla birlikdə A.Əsədliyə qarşı şiddət göstərib. Hadisə ilə əlaqədar cinayət işi başlanıb.
Hadisə nəticəsində xəsarət alan Aynur Əsədli də həkimdir. O, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda çalışır.
Belə ki, onun sertifikasiya müddəti 5 oktyabr 2023-cü ildə bitib.
Qeyd edək ki, İbrahim Əsədlinin işdən çıxarılması ilə bağlı ilk məlumatı metbuat.az saytı yayıb.