Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə yeni rəisi təyin edilib.

"Unikal" xəbər verir ki, daxili işlər naziri naziri general-polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə bu vəzifəyə Yasamal RPİ-nin rəisi polis polkovniki Cəmil Əmirov təyin edilib.

Qeyd edək ki, Cəmil Əmirov Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirovun qardaşıdır.