Altı yaşında poliomielit xəstəliyinə tutulduqdan sonra ömrünün qalan hissəsini, yəni 72 ilini metal kapsulda keçirən Paul Aleksandr vəfat edib. 

"Unikal" xəbər verir ki, "Polio Paul" kimi tanınan ABŞ-nin Texas ştat sakini həyatının 72 il boyunca 300 kiloluq metal kapsulda keçirərək rekord qırıb. Bütün ömrünü "Dəmir ağciyər"də keçirən Paul Aleksandr martın 11-də 78 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, poliomielit xəstəiyi sinir sistemini zədələyə, əzələlərin iflicinə gətirib çıxara və ölümlə nəticələnə bilən yoluxucu xəstəlikdir. 

Zərifə Nağıyeva