Qərb mediası Rusiya prezidenti Vladimir Putinin nüvə müharibəsi ilə bağlı sözlərindən panikaya düşüb. 

"Unikal" xəbər verir ki, Putinin bu sözləri ABŞ, Böyük Britaniya və Almaniyada kəskin reaksiyaya səbəb olub.

Nəşrlərin əksəriyyəti onları Rusiya dövlətçiliyinin mövcudluğuna təhlükə yaranarsa, Moskvanın bu tip silahlardan istifadə etməyə hazır olması kimi qiymətləndirib.

Britaniyanın “Express” tabloidinin yazdığına görə, Rusiya liderinin sözləri “ciddi xəbərdarlıq” kimi görünür. Nəşr xüsusilə qeyd edib ki, siyasətçinin sözlərinə görə, nüvə başlıqları Rusiya-Finlandiya sərhədi yaxınlığında yerləşdiriləcək.

Jurnalistlər bu bəyanatın NATO ilə münasibətlərə mənfi təsir edəcəyi qənaətinə gəliblər.

Onların fikrincə, Putinin mesajı “Qərblə münasibətlərdə onsuz da artan gərginliyi daha da artırıb”.

Rusiyanın nüvə silahından istifadə etməyə hazır olduğunu öz nəşrlərində Britaniyanın "Independent", "The Telegraph", "American Time", CNN və "Washington Post" qəzetləri qeyd ediblər.

Xatırladaq ki, Rusiya prezidenti qeyd edib ki, “hərbi və texniki baxımdan Rusiya nüvə müharibəsinə hazırdır”.

Gülayə Mecid