"Delimitasiya və demarkasiya fenomeni Ermənistanın bu tərəfdə, Azərbaycanın isə digər tərəfdə olduğu sərhəd xəttini aydın şəkildə vurğulamaq məqsədi daşıyır".

"Unikal" xəbər verir ki, bunu Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan deyib. 

Nazir jurnalistlərlə keçirdiyi brifinqdə bildirib ki, demarkasiya komissiyaları hansı xəritə ilə işlədiklərini aydınlaşdırmalıdırlar: "Yəni, həmin sərhəd xəttinin hansı hüquqi əsaslarla çəkiləcəyi başa düşülməlidir. Hər iki tərəfin üstünlük verdiyi xəritəni rəhbər tutmaq lazımdır".

O, həmçinin Azərbaycanın tələb etdiyi 4 kənddən danışıb: "Həmin ərazilərdə elə yerlər var ki, sərhəd xəttinə çox yaxındır, bəzi yerlərdə sərhədi keçdiyi üzə çıxa bilər. Bu o deməkdir ki, bəzi sahələrdə yenidənqurma məsələsi yarana bilər". 

O, Tavuşun 4 kəndinin Ermənistan Respublikasına aid olmadığını qeyd edib: "Xeyr, 29 min 800 kvadratmetrdən danışmırıq, baş nazir bu barədə 4 saat danışdı. Mətbuat konfransında hər şey çox açıq şəkildə deyildi. Demarkasiya komissiyaları hansısa xəritəni qanuni əsas götürəcək və onu rəhbər tutacaq".

Ağarza Elçinoğlu