ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono Azərbaycana səfər edəcək.
"Unikal" xəbər verir ki, Lui Bononun səfəri bu həftə baş tutacaq.
Lui Bono regiona səfəri zamanı Azərbaycan və Ermənistan arasında davamlı sülh sazişinin əldə olunması üzrə səyləri müzakirə etmək üçün Azərbaycanın yüksək vəzifəli rəsmiləri ilə görüşəcək.