Türkiyə xarici işlər naziri Hakan Fidan Azərbaycana səfər edəcək.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyə XİN-in sözçüsü Öncü Keçeli bildirib.
O qeyd edib ki, səfər sabah İraqın paytaxtı Bağdadda keçiriləcək görüşlərdən sonra baş tutacaq. H.Fidan Bakıda Türkiyə-Azərbaycan-Gürcüstan xarici işlər nazirlərinin IX üçtərəfli görüşündə iştirak edəcək.