Biz Ermənistan rəhbərliyinin bu mövzu ilə bağlı şərhini gördük, idarə xətti ilə müvafiq bildiriş göndərilib, diplomatik kanallarla bizə heç nə daxil olmayıb. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib. 

O, Rusiya sərhədçilərinin “Zvartnots” hava limanından çıxarılması ilə bağlı xəbəri belə şərh edib: "Biz güman edirik ki, bütün qərarlar idarələrarası emal nəticəsində veriləcək. Xüsusi vurğulamaq istərdik ki, sözügedən bəyanat rəsmi İrəvanın qeyri-dost addımları və bəyanatları fonunda erməni tərəfindən verilib. Çətin ki, bu cür təşəbbüslər Ermənistanın və onun vətəndaşlarının təhlükəsizlik maraqlarına uyğun gəlsin". 

 

Gülayə Mecid