Ermənistan hökuməti Qafan hava limanından beynəlxalq uçuşlar üçün istifadə etmək istəyir.

"Unikal" xəbər verir ki, bu barədə ərazi idarəetmə və infrastrukturlar naziri Qnel deyib. 

"Hazırda bu məsələdə dəyişiklik etmək üçün tərəfdaşlarımızla danışıqlar aparırıq. Niyyətimiz və istəyimiz budur ki, Qafan hava limanında təkcə daxili reyslər deyil, həm də beynəlxalq reyslər xidmət göstərməlidir. İndi biz bu bənddə dəyişiklik etmək üçün danışıqlar aparırıq və bu məhdudiyyəti aradan qaldırmaqla beynəlxalq standartlara uyğun ərizə verə və Qafan hava limanını beynəlxalq hava limanına çevirə bilərik", - nazir əlavə edib.

Qeyd edək ki, “Zvartnots” beynəlxalq hava limanının konsessiya idarəçiliyinə verilməsi haqqında sazişə əsasən, “Zvartnots”dan 250 km aralıda beynəlxalq aeroportun tikilməsi hüququ yoxdur. 

Ağarza Elçinoğlu