Xəbər verdiyimiz kimi Prezident İlham Əliyev martın 13-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri Vayra Vike-Freyberqanı və İsmail Serageldini, keçmiş dövlət və hökumət başçılarını, Mərkəzin İdarə Heyətinin üzvlərini qəbul edib.
"Unikal" xəbər verir ki, görüşdə qlobal və regional gündəlikdə duran məsələlər, Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması prosesi ətrafında fikir mübadiləsi aparılıb, ölkəmizin regional sülh gündəliyini dəstəklədiyi qeyd edilib.
Prezident İlham Əliyev sülh gündəliyinin əsasını təşkil edən fundamental prinsiplərin və sülh müqaviləsinin layihəsinin də məhz Azərbaycan tərəfindən hazırlanaraq təqdim olunduğunu və ölkəmizin Cənubi Qafqaz regionunda sülh gündəliyini yaxından dəstəklədiyini diqqətə çatdırıb.