Martın 13-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Ümumdünya Buxara Yəhudiləri Konqresinin prezidenti Lev Levayev ilə görüşüb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən "Unikal"a verilən məlumata görə, görüşdə Prezident İlham Əliyevin Azərbaycanda tolerantlığın möhkəmləndirilməsi və multikultural dəyərlərin təbliği istiqamətində apardığı ardıcıl siyasətin uğurla həyata keçirildiyi qeyd olunub.
Həmçinin vurğulanıb ki, ölkədə bütün xalqların və dinlərin nümayəndələrinin, o cümlədən yəhudi icmasının sülh və əmin-amanlıq şəraitində yaşaması üçün hər cür şərait yaradılıb.