Qazaxda Gürcüstan səfirliyinə məxsus avtomobil aşıb. 

"Unikal" xəbər verir ki, saat 21:30 da Qazax Rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım şöbəsinə avtoqəza il bağlı çağırış daxil olub.

24.02.1955-ci il təvvəlüdlü Khulordava Malkhaz (kişi cinsi) və 29.11.1956-ci il təvvəlüdlü Todua Yali (qadın cinsi) qəza nəticəsində xəsarət alıblar. 

*** 20:41

Qazaxda minik maşını dərəyə aşıb, xəsarət alanlar var.

"Unikal" xəbər verir ki, hadisə rayonun Şıxlı kəndində qeydə alınıb.

Hərəkətdə olan minik  avtomobili yoldan çıxaraq dərəyə aşıb.

Qəza nəticəsində bir neçə nəfərin  xəsarət aldığı  bildirilir.

Hadisə yerinə təcili tibbi yardım birqadası cəlb olunub.

Tural Əhmədov