Danimarka hökuməti məcburi hərbi xidməti qadınlara da şamil etmək niyyətindədir.

"Unikal" xəbər verir ki, bu barədə Associated Press krallığın baş naziri Mette Frederiksenə istinadən yazır.

Jurnalistlər qeyd ediblər ki, eyni zamanda ölkə hakimiyyəti hərbi xidmət müddətini 11 aya qədər uzatmaq istəyir. Nəşr dəqiqləşdirir ki, hazırda çağırışçılardan dörd ay xidmət keçmək tələb olunur.

Bundan əlavə, Danimarka rəhbərliyi ümumilikdə çağırışçıların sayını artırmağı planlaşdırır. Rəsmi statistikaya əsasən, hazırda Danimarka Silahlı Qüvvələrində 4,7 minə yaxın vətəndaş məcburi xidmətdədir. Hökumət başçısının sözlərinə görə, Kopenhagen onların sayını ən azı beş min nəfərə çatdırmağı hədəfləyir.