UNEC-in “İstehlak mallarının ekspertizası” kafedrasının müdiri Həsənov Əli Pənah oğlu vəfat edib.
"Unikal" xəbər verir ki, professor 87 yaşında dünyasını dəyişib.
Əli Həsənov 1937-ci il dekabr ayının 31-də Beyləqan rayonunda anadan olub
150-dən çox elmi əsərin, o cümlədən 27 dərsliyin, dərs vəsaitinin və monoqrafiyanın müəllifidir.
2010-cu ildə AR Prezidentinin Sərəncamına əsasən “Tərəqqi” medalı, 2011-ci ildə isə “Şöhrət” ordeni ilə təltif olunub.