Somali sahillərində bir qrup dəniz qulduru yük gəmisini qaçırıb.

"Unikal" xəbər verir ki, bu barədə “Reuters” yazıb.

Agentliyin məlumatına görə, 20 silahlı şəxs gəmini nəzarətə götürüb. Dəniz təhlükəsizliyi firması Ambrey yük gəmisinin Banqladeş bayrağı altında olduğunu bildirib. O, Mozambikdən Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) gedirmiş.

Avropa İttifaqının (Aİ) Atalanta dəniz missiyası daha sonra gəmiyə pirat hücumunu təsdiqləyib. Müvafiq bəyanat missiyanın X sosial şəbəkəsində  hesabında yer alıb.

“Atalanta əməliyyatı Banqladeş bayraqlı “Abdulla” ticarət gəmisinə piratların hücumu faktını təsdiqləyir”, – nəşr yazır.

Baş verənlərlə bağlı digər təfərrüatlar hələlik dəqiqləşdirilməyib.