Venesuelada ölkə prezidenti Nikolas Maduroya sui-qəsd təşkil etməkdə şübhəli bilinən iki vətəndaş saxlanılıb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin baş prokuroru Tarek Uilyam Saab məlumat verib. 

"Bu işdə Milli Qvardiyanın keçmiş serjantı Renzo Flores və müxalif “Case R” təşkilatının üzvü Vilfer Xose Pina saxlanılıb. Onların "WhatsApp"  yazışmaları deşifrə olunub", - Saab bildirib. 

Məlumata görə, həbs zamanı onların telefonlarında tankları ələ keçirmək və dövlət çevrilişi təşkil etmək üçün 50 əsgərin cəlb edilməsi ilə bağlı söhbətlər də aşkarlanıb.

Qeyd edək ki, Venesuelada son bir il ərzində prezidentə qarşı beş sui-qəsd cəhdində şübhəli bilinən 40-a yaxın adam həbs edilib.

Gülayə Mecid