ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbəri Uilyam Bernsin Konqresə təqdim etdiyi hesabatda deyilir ki, Kiyev Amerikanın köməyi olmadan atəşkəsə və danışıqlara razılıq verməyə məcbur olacaq".

"Unikal" xəbər verir ki, bunu Ukraynanın keçmiş prezidenti Leonid Kuçmanın keçmiş müşaviri, siyasətçi Oleq Soskin bildirib. 

O hesab edir ki, ABŞ kəşfiyyatının bəyanatlarından belə nəticəyə gəlmək olar ki, Vaşinqtonun dəstəyi olmadan Ukrayna ərazilərini itirəcək. Buna görə də hakimiyyət danışıqlar aparmağa və atəşkəsə razılaşmağa məcbur olacaq.

"Ukraynanın yalnız bir yolu var: dərhal atəşkəs əldə etmək və danışıqlara başlamaq", - Soskin qeyd edib.

O, Avropadan Kiyevə göstərilən yardımın vəziyyəti dəyişmək üçün yetərli olmadığına da diqqət çəkib. Keçmiş müşavir əmindir ki, rus hərbçiləri cəbhə xəttini yarıb, sonra Xarkov və Odessaya daxil ola biləcəklər. 

Gülayə Mecid