Qəzza zolağında humanitar yardım gözləyən fələstinlilər atəşə tutulub. Hadisə nəticəsində 20 nəfər ölüb, 155 nəfər yaralanıb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Qəzza zolağının səhiyyə nazirliyinin məlumatına görə, faciə İsrail Müdafiə Qüvvələrinin (IDF) yeməklərin çatdırılmasını gözləyən izdihamı vurması zamanı baş verib.

Hadisənin şahidləri bildiriblər ki, ərazi tank və ya artilleriya zərbəsi kimi görünür. Səhiyyə Nazirliyindən verilən məlumata görə, xəsarət alanlar xəstəxanaya çatdırılıb. 

Eyni zamanda İDF bəyan edib ki, İsrail hərbçilərinin hücumu ilə bağlı məlumatlar saxtadır.

Gülayə Mecid