Geri dönüş etmək heç də asan olmadı. Buna baxmayaraq, futbolçularım yaxşı çıxış etdilər.
"Unikal" xəbər verir ki, bu sözləri "Bayer"ın baş məşqçisi Xabi Alonso UEFA Avropa Liqasının 1/8 final mərhələsində Almaniyada "Qarabağ"a 3:2 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransında deyib.
Dubla imza atan Patrik Şikin qolunu dəyərləndirən ispaniyalı mütəxəssis əlavə edib: "Möhtəşəm qollar vurdu. Bərabərlik qolundan sonra komandamın daha çox istəkli olduğunu gördüm. Məqsədimiz növbəti mərhələləri də adlayıb turnirdə sonadək mübarizə aparmaqdır. Futbolçularımda inam və aclıq hissi çoxdur. Onlarda mübarizə ruhu var. Bu da yaxşı nəticə üçün olduqca vacib amildir".
Qeyd edək ki, səfərdəki ilk matçda Ağdam klubu ilə 2:2 hesablı heç-heçə edən "Bayer" iki görüşün nəticəsinə əsasən 1/4 finala vəsiqə qazanıb. "Qarabağ" isə Avropa Liqasında mübarizəni dayandırıb.