Ötən 4 il ərzində beynəlxalq və regional böhranlar olub.
"Unikal" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.
"Eləcə də bu illər ərzində Azərbaycan özünün ərazi bütövlüyünü bərpa edib. Gürcüstan Avropa İttifaqı üzvlüyünə namizəd olub. Ölkələr arasında əməkdaşlığı irəli aparmaq üçün lazımi müzakirələr aparılıb. Biz hər bir məsələdə əlimizdən gəlməyi etməyə hazırıq".
Nazir COP29-a ev sahibliyi münasibətilə ölkımizi təbrik edib.
"Cənubi Qafqazda sülhün bərpası regional və qlobal əhəmiyyətlidir. Bu mənada, Zəngəzur xəttinin açılmasına ümumi dəstəyi gözləyirik", - Hakan Fidan qeyd edib.